Litvaya hücum başlayır? – Prezident və baş nazir təcili sığınacağa aparıldıbackend

Litvaya hücum başlayır? – Prezident və baş nazir təcili sığınacağa aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın Belarusla sərhədində PUA-nın aşkar edilməsi səbəbində ölkədə hava hücumu siqnalı verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “LRT” nəşri məlumat yayıb.

Bildirilir ki, həyəcan siqnalı bir neçə sərhəd bölgəsində verilib. Vilnüsdə sakinlərə sığınacaqlara düşmək tövsiyə olunub. Məktəblərdə dərslər dayandırılıb.

Litva xəbər agentliklərinin məlumatına görə, Prezident Gitanas Nauseda, baş nazir İnqa Ruqinene və Seymin Baş katibi Yozas Olekas sığınacağa yerləşdirilib.

Vilnüs hava limanı təhlükəsizlik tədbirləri çərçivəsində fəaliyyətini dayandırıb. Litva qırıcıları insidentlə əlaqdəar havaya qaldırılıb.