Ukrayna müharibəsi Trampa siyasi dönüş imkanı yarada bilər – Zakariabackend

Ukrayna müharibəsi Trampa siyasi dönüş imkanı yarada bilər – Zakaria

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trump ölkə daxilində reytinqinin azalması və İranla bağlı siyasətinə görə artan təzyiqlərlə üzləşir.

Bununla yanaşı, onun Ukrayna müharibəsinin nizamlanması istiqamətində hələ də ciddi siyasi fürsətə malik olduğu bildirilir.

Editor.az xəbər verir ki, The Washington Post qəzetində dərc olunan məqaləsində tanınmış jurnalist və siyasi analitik Fareed Zakaria yazır ki, Ukraynanın son uğurları və Rusiyanın mövqelərinin zəifləməsi Vaşinqtona yeni imkanlar açır. Onun fikrincə, hazırda ABŞ-ın Rusiyaya müharibəni dayandırmaq üçün daha güclü təzyiq göstərməsi üçün əlverişli şərait formalaşıb.

Zakaria hesab edir ki, əgər Tramp bu fürsətdən istifadə edərək Ukraynada sülhə nail ola bilsə, bu, onun prezidentliyinin ən mühüm xarici siyasət uğurlarından birinə çevrilə bilər. Analitik vurğulayır ki, bu addım həm Trampın beynəlxalq nüfuzunu gücləndirər, həm də ABŞ daxilində siyasi mövqelərini möhkəmləndirə bilər.

Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin artan hərbi, iqtisadi və siyasi təzyiqlərlə üzləşir və bu vəziyyət müharibənin dayandırılması üçün yeni diplomatik imkanlar yarada bilər.

//Samir Qurbanov, Editor.az