Valeriya ideal bədən quruluşunu necə qoruduğunu açıqlayıbbackend

Valeriya ideal bədən quruluşunu necə qoruduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı müğənni Valeriya 58 yaşında olmasına baxmayaraq, çəkisinin 17 yaşından bəri demək olar ki, dəyişmədiyini bildirib. Sənətçi sağlam və formada qalmasının sirrini media ilə söhbətində açıqlayıb.  

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Valeriyanın sözlərinə görə, ideal bədən quruluşunu qorumaq birdəfəlik pəhriz deyil, uzun illər ərzində formalaşmış düzgün həyat tərzinin nəticəsidir. O qeyd edib ki, bir neçə il əvvəl qidalanma üzrə mütəxəssislə işləməyə başlayıb və balanslı qidalanmanın əsas prinsiplərini mənimsəyib. Xüsusilə, orqanizmdə əzələ kütləsinin qorunması üçün kifayət qədər zülal qəbulunun vacibliyini vurğulayıb.  

Müğənni etiraf edib ki, karbohidrat normasını saxlamaq onun üçün çətin deyil, lakin zülal və lif qəbulunu təmin etmək üçün əlavə vasitələrdən, o cümlədən psilliumdan istifadə edir. Bundan başqa, evində hər zaman protein tozu saxladığını və onu şəkərsiz xəmir məmulatlarının hazırlanmasında istifadə etdiyini bildirib.  

Valeriya əlavə edib ki, düzgün qidalanma ilə yanaşı, müntəzəm idman da vacib şərtdir.

“Möcüzə olmur. İnsan arıqlayıb idman etməzsə, çəki əsasən əzələ hesabına azalacaq. Mən hər şey yeyirəm, sadəcə qidaların düzgün nisbətini qorumağı öyrənmişəm”, – deyə müğənni bildirib.  

Bundan əvvəl prodüser İosif Priqojin də Valeriyanın gənc və sağlam görünüşünün əsas səbəblərinin düzgün qidalanma, keyfiyyətli yuxu və zərərli qidalardan uzaq durmaq olduğunu söyləmişdi.  

//Gülnarə Abasova, Editor.az