Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsinin yeni binası və klinikası açılırbackend

Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsinin yeni binası və klinikası açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 12-də Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimi keçiriləcək.

Universitetdən Editor.az a bildirilib ki, açılış mərasimi Azərbaycanda baytarlıq təhsilinin inkişafına, müasir tədris imkanlarının genişləndirilməsinə və gələcək baytar mütəxəssislərinin hazırlanmasına yönəlmiş mühüm hadisə kimi qiymətləndirilir.

Yeni yaradılmış tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına imkan verəcək. Tədris klinikası isə tələbələrin peşəkar hazırlığının artırılması və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi baxımından mühüm rol oynayacaq.
Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsinin mütəxəssisləri, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Tədbir çərçivəsində rəsmi çıxışlar, fakültənin inkişaf perspektivləri ilə bağlı təqdimatlar və yeni tədris binası ilə klinikanın infrastrukturu üzrə tanışlıq turu nəzərdə tutulur.
HASVET Baytarlıq təbabəti fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit yaratmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.