“YAŞIL KORRUPSİYA” – 20 kv/metrlik anbara 615 min ağacın “sıxışdırılması” möcüzəsi…backend

“YAŞIL KORRUPSİYA” – 20 kv/metrlik anbara 615 min ağacın “sıxışdırılması” möcüzəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının 2021-ci illə bağlı hesabatında müxtəlif dövlət qurumlarında büdcə pularının mənimsəmə mexanizmləri açıqlanıb. 

Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Birliyində aparılan auditdə qeyd edilir ki, müəssisənin sənədlərində 1 il ərzində 615 000 ədəddən artır ağac və iri dibçəklərdə gül alındığı göstərilib.

Palata yazır ki, Birliyin sahib olduğu cəmi 20 kv/metr anbarda 615 min ədəd iri dibçəyi və ağacları saxlamaq real görünmür.

Əlavə olaraq, müəssisə cəmi 3.8 min hektar sahəyə qulluq etdiyi halda, büdcədən 12.1 min hektar – 4 dəfə artıq sahə üçün vəsait istəyib.