Azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı qızı və nəvələrinin taleyi ilə bağlı videomüraciət yayıb.
Milli.Az xəbər verir ki, Solmaz Cavadlı müraciətində Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun sabiq həyat yoldaşı olan qızı Zeynəb Cavadlı və onun övladları barədə son beş gündə heç bir məlumat əldə edə bilmədiyini deyib.
.jpg)
O, bir ana kimi ciddi narahatlıq keçirdiyini vurğulayaraq, qızının və nəvələrinin harada saxlanılmalarından xəbərsiz olduğunu söyləyib:
“Artıq beş gündür qızım Zeynəbdən və nəvələrimdən xəbər ala bilmirəm. Onları hara və hansı şəraitdə apardıqlarını bilmirəm. Azərbaycan xalqından, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan insanlardan bizə dəstək olmalarını xahiş edirəm. Bütün anaların qızıma və onun övladlarına həmrəylik göstərməsini istəyirəm”.
Qeyd olunub ki, qızına dəstək olmaq üçün Dubaya gedən Solmaz Cavadlının onun yaşadığı evə daxil olmasına icazə verilməyib və ölkədən çıxışına məhdudiyyət qoyulub.
Milli.Az


