3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildibackend

3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ankara şəhərində ailə münaqişəsi faciə ilə nəticələnmək üzrə olub.

Məlumata görə, həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evin pəncərəsinə çıxıb və ətrafdakılara hədə-qorxu gəlib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Keçirilən əməliyyat nəticəsində azyaşlı uşaq xilas edilib, şübhəli şəxs isə zərərsizləşdirilib./Milli.Az