ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Amerikanın texnologiya nəhəngi Google-u 890 milyon avro məbləğində cərimələməsinə kəskin reaksiya verib.
O, Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, bu qərara görə Avropa İttifaqı “çox ağır bədəl ödəyəcək”. Trampın sözlərinə görə, ABŞ şirkətlərinə qarşı bu cür addımlar qəbuledilməzdir və Vaşinqton buna cavab verməyə hazırdır.
//Samir Qurbanov, Editor.az

