“Açıq Səma Altında Ağ Pərdə” layihəsinə start verilirbackend

“Açıq Səma Altında Ağ Pərdə” layihəsinə start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin qeyri-hökumət təşkilatları üçün elan olunmuş qrant müsabiqəsi çərçivəsində qalib seçilmişdir.  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən “Açıq Səma Altında Ağ Pərdə” adlı layihə  üç aylıq müddəti əhatə edəcək.
Layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni və kino irsinin rəqəmsal mühitdə qorunması, qlobal bazara çıxarılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eyni zamanda regionlarda maarifləndirici film gecələrinin təşkili vasitəsilə əhali arasında kinomədəniyyətinin və milli irsə marağın artırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində “Kinobox.az” platforması üzərindən yerli filmlərin nümayişi təmin ediləcəkdir. 2026-cı ilin iyun ayı ərzində Şamaxı, Lənkəran, Qax və Balakən rayonlarında açıq səma altında maarifləndirici film gecələrinin təşkili planlaşdırılır.
Hər bir tədbir iki hissədən ibarət olacaqdır:
• Birinci hissədə mütəxəssislər tərəfindən mədəni irsin qorunması, rəqəmsal platformalarda təbliği və kino sənayesinin inkişafı mövzularında maarifləndirici çıxışlar;
• İkinci hissədə isə seçilmiş bədii filmlərin açıq hava nümayişi baş tutacaq.
Tədbirlərin konkret tarixləri və məkanlarla bağlı məlumatlar yaxın zamanlarda KİV vasitəsi ilə kinosevərlərə açıqlanacaqdır.