Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini açıqladı: Yeni məhdudiyyətlər enerji, maliyyə və kriptovalyuta sektorlarını hədəfləyirbackend

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini açıqladı: Yeni məhdudiyyətlər enerji, maliyyə və kriptovalyuta sektorlarını hədəfləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə yeni təkliflərini təqdim edib. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen məlumat verib.

Onun sözlərinə görə, yeni sanksiyalar Rusiya iqtisadiyyatının strateji əhəmiyyət daşıyan sahələrinə yönəlib. Paket çərçivəsində enerji sektoru, maliyyə xidmətləri, kriptovalyuta əməliyyatları və ticarət sahəsində əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Ən böyük təsir gücünə malik sektorlara diqqət yetiririk. Bunlar enerji, maliyyə xidmətləri və kriptovalyuta, eləcə də ticarət sahələridir. Bu dəfə ilk dəfə olaraq balıqçılıq sektoru da sanksiyalar paketinə daxil edilib. Həmçinin keçmiş rusiyalı döyüşçülərin Avropa İttifaqına girişini qadağan edirik”, – fon der Lyayen bildirib.

//Samir Qurbanov, Editor.az