“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın rəhbəri Elmar Məmmədov ilə Bakıda səfərdə olan Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko arasında görüş keçirilib.
Editor.az xəbər verir ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivləri, beynəlxalq təşəbbüslərin dəstəklənməsi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Elmar Məmmədov beynəlxalq arenada qarşılıqlı əməkdaşlığın və səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Beynəlxalq Alyansın mühüm layihə və proqramların həyata keçirilməsinə dəstək göstərməyə, müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib.
Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslərin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.


