Yaxın Şərqdə davam edən müharibə və İran ətrafında artan geosiyasi gərginlik Kanadada inflyasiyanın sürətlənməsinə səbəb olub.
Kanada Statistika İdarəsinin məlumatına görə, ölkədə illik inflyasiya iyul ayında 3 faizə yüksəlib. İyun ayında bu göstərici 2,8 faiz təşkil edib. İnflyasiyanın artmasında əsas amillərdən biri yanacağın bahalaşması olub.
Məlumata əsasən, iyul ayında Kanadada benzin qiymətləri illik ifadədə 25,7 faiz artıb. Aylıq inflyasiya isə 0,5 faiz təşkil edib.
Bununla yanaşı, ərzaq qiymətlərinin artım tempi əvvəlki ayla müqayisədə zəifləyib.
Ərzaq mağazalarında qiymətlər iyulda illik 3,1 faiz bahalaşıb, halbuki iyunda bu göstərici 3,9 faiz olub.
Analitiklərin fikrincə, inflyasiyanın yüksəlməsinə baxmayaraq, əsas inflyasiya göstəriciləri təxminən 2 faiz səviyyəsində qaldığından Kanada Mərkəzi Bankının yaxın müddətdə faiz dərəcələrini artırması gözlənilmir.
Beləliklə, Yaxın Şərqdəki gərginliyin enerji bazarlarına təsiri Kanadada istehlak qiymətlərinə də birbaşa təsir göstərib.
//Samir Qurbanov, Editor.az

