Yunanıstan Egey dənizi üzərində Türkiyə aviasiyasının ölkənin hava məkanını pozması hallarının kəskin artdığını bildirir.
Yunanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə belə hal qeydə alınmadığı halda, 2025-ci ildə 225 pozuntu qeydə alınıb. 2026-cı ilin əvvəlindən indiyədək isə bu göstəricinin artıq 433-ə çatdığı bildirilir.
Məlumata görə, Türkiyə bu uçuşlarda getdikcə daha çox döyüş təyyarələri əvəzinə daha ucuz pilotsuz uçuş aparatlarından istifadə edir. Söhbət əsasən “Bayraktar”, “Aksungur” və ANKA-S PUA-larından gedir.
Yunanıstan tərəfi Türkiyə PUA-larının uçuşlarına cavab olaraq F-16 və “Mirage 2000-5” qırıcılarını havaya qaldırmalı olduğunu bildirir. Bu isə PUA-ların istismarı ilə müqayisədə Afinaya xeyli baha başa gəlir.
Yunanıstan mediası baş verənləri Ankaranın Egey dənizində tətbiq etdiyi yeni taktika kimi qiymətləndirir. Bildirilir ki, nisbətən ucuz və pilotlar üçün risk yaratmayan PUA uçuşları Yunanıstanı onların qarşısını almaq üçün daha böyük maliyyə və hərbi resurslar sərf etməyə məcbur edir.
Musavat.com

