Autizmli uşağı döyən psixoloqla bağlı rəsmi açıqlamabackend

Autizmli uşağı döyən psixoloqla bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda autizmli uşağa şiddət göstərən psixoloqla bağlı görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, psixoloq Ceyran Muradova autizmli uşağa qarşı şiddət göstərib, həmin görüntüləri isə səhvən valideynə göndərib.

Lent.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

Həmçinin psixoloqla bağlı MÜTDA-ya da sorğu ünvanladıq.

Bildirildi ki, psixoloq MÜTDA-nın tabeliyindəki müəssisələrdə çalışmır.