Füzulidə “Mercedes” ağaca çırpıldı, ölən varbackend

Füzulidə “Mercedes” ağaca çırpıldı, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mollaməhərrəmli kəndi ərazidə qeydə alınıb.

Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev “Mercedes” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaclara çırpılıb.

Hadisə nəticəsində S.Quliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.