backend

Avropa Parlamentinin deputatı Zəhra ilə bağlı aksiyaya reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər üçün Təhsil Mərkəzi artıq bir neçə gündür “Twitter” sosial şəbəkəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində şəhid olan 2 yaşlı Zəhra Quliyeva ilə bağlı kampaniya aparır. Bu barədə Editor.az-a açıqlama verən mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, kampaniyanın əsas hədəfi Avropa Parlamentinin deputatları olub.
F.Həsənzadə qeyd edib ki, 5 iyul tarixində Avropa Parlamentinin BMT-nin Baş Assambleyanın 72-ci sessiyasında Şuraya tövsiyyə xarakterli görüşündə Azərbaycana qərəzli təklifləri müzakirə edilib: “Biz “Twitter” sosial şəbəkəsi vasitəsilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərinə hücumların edildiyi, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirildiyi bir məqamda Avropa Parlamentidə bu cür qərəzli müzakirələrə şərait yaratmasına qarşı AP-nin üzvlərinə yönəlik twitter aksiyası həyata keçirdik.
İngilis dilində təşkil olunan #Nkpeace, #stoparmenianaggresion, #GTMECY , #EuropeanParliament , #EPMEPs həştəqləri ilə 10 mindən çox “tweet” paylaşılan aksiyaya ilk reaksiya Avropa Parlamentinin Avropa Millətləri və Azadlıq qrupunun sədri, Böyük Britaniyanı təmsil edən xanım deputat Janike Atkinson tərəfindən gəlib. Deputat öz rəyində qeyd edib ki, o, öncəki sənəd sayılan “motion”-a səs verməyib”.
//Editor.az