Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblarbackend

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar.

Editor.az  xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Qeyd olunub ki, Əfqanıstan vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.