ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyası (FAA) Heart Aerospace şirkətinə X1 texnologiya nümayiş etdiricisi üçün xüsusi uçuş yararlılığı sertifikatı verib.
Bu qərar şirkətə təyyarənin uçuş sınaqlarına başlamağa imkan yaradır və ilk sınaq uçuşunun yaxın həftələrdə baş tutacağı gözlənilir.
X1 gələcəkdə istehsal ediləcək ES-30 hibrid-elektrik regional sərnişin təyyarəsinin əsas texnologiyalarını sınaqdan keçirmək üçün hazırlanıb. Layihə elektrik aviasiyasının inkişafında mühüm mərhələ hesab olunur.
Məlumata görə, 32 metrlik qanad açıqlığı və 11 tondan artıq maksimum uçuş çəkisi ilə X1 havaya qalxacağı təqdirdə tarixdə uçuş həyata keçirən ən böyük elektrik təyyarəsi olacaq.
//Samir Qurbanov, Editor.az

