Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Bernem ilə keçirdiyi görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Tərəflər, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq ən yeni radioelektron mübarizə (REM) sistemlərinin Ukraynaya tədarükü ilə bağlı razılıq əldə ediblər.
Baş nazir Bernem bildirib ki, Zelenskinin onun vəzifəyə başlamasından sonra qəbul etdiyi ilk xarici dövlət başçısı olması təsadüfi deyil. O vurğulayıb ki, bu addım Böyük Britaniyanın Ukraynaya sarsılmaz dəstəyini və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir.
Görüş zamanı tərəflər təhlükəsizlik, müdafiə sənayesi və Ukraynanın hava hücumlarından qorunma imkanlarının gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə də fikir mübadiləsi aparıblar.
//Samir Qurbanov, Editor.az

