Sahil qəsəbəsini metronun “Sahil” stansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Yanvarın 4-ü səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini metronun “Sahil” stansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə baş verən qəza hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, -deyə məlumatda qeyd olunub.

Bakı-Qazax magistral yolunda “BakuBus” avtobusu ilə yük avtomobili toqquşub.
Bununla bağlı Oxu.Az-a hadisə yerindən görüntülər daxil olub:
Hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib ki, ilkin məlumata görə, “BakuBus” avtobusunun içərisindəki bir sərnişin həlak olub:

“Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. Yol kənarındakı, Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı “Volvo” markalı TIR hərəkətə başlayarkən 99-JZ-185 dövlət nömrə nişanlı “BakuBus” avtobusu ona çırpılıb. İlkin məlumata görə, “BakuBus” avtobusundakı bir sərnişin həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

