Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxıldıbackend

Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“QHT işi” üzrə ittiham olunan Əhməd Məmmədzadənin məhkəmə prosesi yekunlaşıb.

Editor.az Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Əhməd Məmmədzadəyə 2 il sınaq müddəti olmaqla 7 il 6 aylıq şərti cəza verilib.

Təqsirləndirilənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında azadlığa buraxılıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.

Əhməd Məmmədzadə də bu iş çərçivəsində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.