40 yaşlı məşhur müğənni beşinci uşağına hamilədirbackend

40 yaşlı məşhur müğənni beşinci uşağına hamilədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Siara beşinci uşağına hamilədir.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə pop ifaçı öz “Instagram” hesabında məlumat verib.

40 yaşlı Siara yuvarlaq qarnı ilə poza verdiyi fotosunu paylaşıb. Müğənni kamera qarşısına ağ rəngdə dar mayka, mavi rəngdə geniş cins şalvar və qızılı zinət əşyaları ilə çıxıb. Kadrlardan birində pop ifaçı ailəsi üzvlərinin artacağına işarə edərək, beş rəqəmini göstərib. Sənətçi NFL ulduzu Rassel Uilsondan uşaq gözləyir.

“Sevəcəyimiz daha bir insan”, – deyə Siara paylaşımın altına yazıb.

Müğənni və idmançı artıq 9 yaşlı Sienna, 6 yaşlı Vin və 2 yaşlı Amoranın valideynləridir. Siara, həmçinin repçi Futuredən olan 12 yaşlı Fyuçer Zahiri də böyüdür.