9 mayda atəşkəs olsun-olmasın?backend

9 mayda atəşkəs olsun-olmasın?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 May Qələbə Günündə atəşkəs təklifinə münasibət bildirib.

Zelenski qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandasına onunla əlaqə saxlamağı və Rusiya təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırıb. “Dəqiq nəyin müzakirə olunduğunu müəyyən edəcəyik: Moskvada keçiriləcək parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey”, – deyə prezident vurğulayıb.

O, Ukraynanın sülhə can atdığını və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işləri gördüyünü vurğulayıb. “Bizim təklifimiz uzunmüddətli atəşkəsdir və insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh təmin etməkdir”, – deyə o bildirib və əlavə edib ki, Ukrayna bu məqsədə istənilən ləyaqətli və effektiv formatda çatmağa hazırdır.

//Samir Qurbanov, Editor.az