Volodimir Zelenski və Aleksandr Lukaşenkonun oğullarıbackend

Volodimir Zelenski və Aleksandr Lukaşenkonun oğulları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 apreldə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə kömək edən Belarus şirkətlərinə, eləcə də Belarus Prezidenti Aleksandr Lukaşenkoya yaxın şəxslərə qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.

“Rusiyanın xoşməramlılığı yoxdur; təcavüzü azaltmaq üçün müəyyən addımlar atmağa məcbur edilməli və sonra onları “xoşməramlı jestlər” adlandırmalarına icazə verilməlidir. Belarus müharibəyə cəlb edilməməlidir. Digər Avropa ölkələrinə qarşı əməliyyatlardan çəkinmək lazımdır”, – deyə Zelenski bildirib.

Sanksiyalar 16 fiziki şəxsə və 11 hüquqi şəxsə, o cümlədən Lukaşenkonun yaxın adamı Viktor Şeymana qarşı məhdudiyyətlər tətbiq edilib. Ukrayna Prezidentinin Ofisi Şeymanın sanksiyalardan yayınma sxemlərində və müxalifət siyasətçilərini və fəallarını öldürən “ölüm dəstələri”nin təşkilində iştirak etdiyini bildirib. OP-yə görə, Şeyman həmçinin hökumətlərarası danışıqlar aparır və şübhəli işgüzar münasibətlər qurur. Şeyman ABŞ, AB, Böyük Britaniya, İsveçrə və Kanada tərəfindən sanksiyalara məruz qalır.
Lukaşenkonun oğulları Viktor və Dmitri də sanksiyalara məruz qalıblar. Onlar sanksiyaları pozan məhsulların ixracı və ikili təyinatlı malların tədarükü ilə məşğuldurlar.

//Samir Qurbanov, Editor.az