ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsin Ukrayna böhranının həlli istiqamətində tamamilə təsirsiz qaldığını bildirib. O, Berlin rəhbərliyinin İran məsələsindən daha çox Ukraynadakı müharibənin dayandırılmasına diqqət yetirməli olduğunu vurğulayıb.
Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp sosial media platforması Truth Social hesabında paylaşdığı açıqlamada Mertsin prioritetləri düzgün müəyyənləşdirmədiyini qeyd edib.
“Almaniya Kansleri indiyədək tamamilə təsirsiz qaldığı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına daha çox vaxt ayırmalı, eyni zamanda iflic vəziyyətə düşmüş Almaniyadakı problemlərin həllinə fokuslanmalıdır. İranın nüvə təhdidini aradan qaldıranların işinə qarışmağa isə daha az vaxt sərf etməlidir”, – deyə Tramp bildirib.
//Gülnarə Abasova, Editor.az

