Partlayışda ağır yaralanan həkim kimdir? – DOSYEbackend

Partlayışda ağır yaralanan həkim kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün paytaxtda yerləşən Milli Onkologiya Mərkəzi-nin otaqlarından birində baş verən partlayış zamanı həkim radioloq Asif Nəsirli ağır yaralanıb.

Musavat.com xəbər verir ki, məlumat Goycay City səhifəsində paylaşılıb.

Bildirilib ki, Asif Nəsirli 1999–2005-ci illərdə Azərbaycan Tibb Universiteti-nin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçən həkim, 2006–2008-ci illərdə burada kliniki ordinatura təhsili alıb.

2008-ci ildən etibarən isə o, mərkəzin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasion onkoloq kimi fəaliyyət göstərir.

Hadisə nəticəsində həkimin ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.