ABŞ büdcəsindən Ukraynaya Rusiya təcavüzündən müdafiə üçün 400 milyon dollar ayrılacaq.
«The Hill” qəzetinin məlumatına görə, Müdafiə naziri (müharibə) Pit Heqset bunu 29 apreldə açıqlayıb. Pentaqon rəhbəri bildirib ki, “Avropanın imkanlarını gücləndirmək üçün 400 milyon dollar ayrılıb və bu xəbər dünən açıqlanıb”.
Nəşrin qeyd etdiyi kimi, vəsait Amerika şirkətləri tərəfindən Ukrayna silahlı qüvvələri üçün prioritet silahların istehsalını maliyyələşdirmək üçün nəzərdə tutulub. 28 apreldə Senatın keçmiş respublikaçı lideri Mitç Makkonnell “The Washington Post” qəzetində yazıb ki, ABŞ Konqresi 2025-ci ildə 2026-cı il üçün Ukraynaya 400 milyon dollar və 2027-ci il üçün də eyni məbləğdə yardımı təsdiqləyib. “Lakin, bir neçə ay əvvəl təsdiqlədiyimiz Ukraynaya yardım indi Pentaqonda toz yığır”, – deyə o qeyd edib.
//Samir Qurbanov, Editor.az

