İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib və ermənilərin həmin musiqi altında rəqs etdiyi görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, görüntülərdə paytaxt İrəvanda keçirilən tədbir zamanı mahnının ifa olunduğu, iştirakçıların isə onun sədaları altında oynadığı əks olunub.
“Muleyli” Azərbaycan xalq musiqisinin tanınmış nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli interpretasiyalarda səsləndirilib.
Qeyd edək ki, bundan əvvəl də “Qarabağ” mahnısının səsləndirilməsi ilə bağlı oxşar görüntülər gündəmə gəlmişdi.


