Ermənistan “məsələsi” dekabr ayına qədər həlini tapacaq – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovbackend

Ermənistan “məsələsi” dekabr ayına qədər həlini tapacaq – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanla bağlı AİB Müqaviləsinin müvəqqəti olaraq dayandırılması ehtimalı bu ilin dekabr ayına qədər müzakirə olunacaq.

Bundan əlavə, onun sözlərinə görə, AİB üzv dövlətlərinin müvafiq qurumları Ermənistanın Aİ-yə qoşulmaq üçün açıq-aşkar istəklərini nəzərə alaraq, onunla bağlı məsələnin “inkişafı barədə (liderlərə) hesabat verməlidirlər”.

Xatırladaq ki, 29 may tarixində Astanada keçirilən AİB sammiti zamanı birliyin üzv dövlətlərinin liderləri Ermənistanın Aİ-yə daxil olması və ya AİB-də üzvlüyünün davam etdirilməsi ilə bağlı mümkün qədər tez bir zamanda referendum keçirilməsinin zəruriliyi barədə birgə bəyanat imzalayıblar.