İran İsrailin şimal əyalətlərinin əhalisini ərazini tərk etməyə çağırıbbackend

İran İsrailin şimal əyalətlərinin əhalisini ərazini tərk etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın müxalifət televiziya kanalı olan “Iran International”ın məlumatına görə, İsrailin cənub Beyrutun sakinlərini təxliyə etmək çağırışına cavab olaraq, İranın Xatəm əl-Ənbiya Silahlı Qüvvələrinin komandanı İsrailin şimalını vurmaqla hədələyib.

Kanal komandirin sözlərini sitat gətirir: “İsrailin dəfələrlə atəşkəs pozuntularını nəzərə alaraq, əgər bu təhdid (İDF tərəfindən) həyata keçirilərsə, şimal ərazilərinin və İsraildəki hərbi yaşayış məntəqələrinin sakinlərini xəbərdar edirik: zərər görmək istəmirsinizsə, bu ərazini tərk edin”.
“Times of Israel” qəzetinin verdiyi məlumata görə, bu gün İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Aviçay Adraei Beyrutun cənub ətrafındakı Dahiya sakinlərini “öz təhlükəsizlikləri naminə” təxliyə etməyə çağırıb. O bildirib ki, əgər “Hizbullah” İsrail şəhər və qəsəbələrinə raket atmağa davam edərsə, İDF cənub ətrafındakı nəqliyyat hədəflərini vurmaqla cavab verəcək.

28 mayda İDF Tir şəhərinə (Beyrutun təxminən 80 km məsafəsində) zərbə endirildiyini, daha sonra isə Beyruta və cənubdakı bir neçə digər şəhərə hücumlar edildiyini bildirib. Ümumilikdə, İsrail ordusu 135 “Hizbullah” infrastruktur hədəfinə zərbə endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, paytaxta endirilən zərbə nəticəsində bir qadın və iki uşaq həlak olub.

//Samir Qurbanov, Editor.az