Gənclər təhsil üçün niyə bu ölkəni seçir?-VACİB DETALLARbackend

Gənclər təhsil üçün niyə bu ölkəni seçir?-VACİB DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin maraq göstərdiyi ölkələr sırasında Özbəkistan da ön plana çıxır.

Münasib təhsil haqları, sərfəli yaşayış xərcləri, mədəni yaxınlıq və sürətlə inkişaf edən ali təhsil sistemi bu ölkəni tələbələr üçün cəlbedici istiqamətlərdən birinə çevirib.

Mütəxəssislərin fikrincə, Özbəkistana marağın artmasının əsas səbəblərindən biri burada təhsilin daha əlçatan olmasıdır. Xüsusilə dövlət universitetlərində təhsil haqlarının nisbətən aşağı olması, yataqxana və gündəlik yaşayış xərclərinin bir çox ölkələrlə müqayisədə daha sərfəli qalması tələbələr və valideynlər üçün mühüm üstünlük hesab edilir.

Qeyd edək ki, Özbəkistan son illərdə təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirib. Ölkədə fəaliyyət göstərən bir sıra universitetlər Türkiyə, Böyük Britaniya, Cənubi Koreya, Rusiya və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində yaradılmış beynəlxalq kampuslara malikdir. Bu isə tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq imkanı yaradır.

Azərbaycanlı tələbələr üçün digər mühüm üstünlüklərdən biri də dil və mədəniyyət yaxınlığıdır. Azərbaycan və özbək dilləri eyni türk dil ailəsinə aid olduğundan gündəlik ünsiyyət zamanı bir çox söz və ifadələr qarşılıqlı şəkildə anlaşıla bilir.

Tələbələrin əksəriyyəti qısa müddətdə sadə özbək dilini başa düşməyə başlayır ki, bu da onların yeni mühitə uyğunlaşmasını asanlaşdırır.

Bu tendensiyanı nəzərə alan “EduTime” Təhsil və İnkişaf Mərkəzi Özbəkistan universitetlərinə qəbul proqramına start verib.

Mərkəzin təqdim etdiyi imkanlar çərçivəsində abituriyentlər süni intellekt, informasiya texnologiyaları, mühəndislik, tibb, memarlıq, iqtisadiyyat və digər perspektivli ixtisaslar üzrə təhsil almaq imkanı əldə edirlər.

Məlumata görə, bir çox universitetdə rus və ingilis dillərində tədris proqramlarının mövcudluğu tələbələrə daha geniş seçim imkanı yaradır. Eyni zamanda universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsi, müasir laboratoriyaların yaradılması və təhsil infrastrukturunun yenilənməsi ölkənin ali təhsil sisteminin inkişafına ciddi təkan verib.

Ekspertlər hesab edirlər ki, Özbəkistan həm təhlükəsiz şəhər mühiti, həm də qonaqpərvər insanları ilə xarici tələbələr üçün rahat şərait yaradan ölkələrdən biridir. Bu amillər gənclərin təhsil dövrünü daha rahat və məhsuldar keçirməsinə imkan verir.

“EduTime” Təhsil və İnkişaf Mərkəzindən bildirilib ki, proqram çərçivəsində tələbələrə universitet seçimi, sənədlərin hazırlanması, qəbul prosesinin təşkili və digər mərhələlərdə peşəkar dəstək göstərilir. Məqsəd gənclərin keyfiyyətli ali təhsil almasına yardım etmək və onların gələcək karyera imkanlarını genişləndirməkdir.

Özbəkistanda təhsil imkanları ilə maraqlanan şəxslər əlavə məlumat almaq üçün +994 55 559 67 17 nömrəsi ilə əlaqə saxlaya bilərlər.