Fars körfəzi ölkələri Hörmüz boğazı üzrə yeni qurum yaradacaqbackend

Fars körfəzi ölkələri Hörmüz boğazı üzrə yeni qurum yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fars körfəzi dövlətləri tezliklə Hörmüz boğazından gəmiçiliyi təmin etmək üçün yeni bir ittifaq yarada bilərlər.

“Wall Street Journal” qəzetinin ABŞ Dövlət Departamentinin diplomatik teleqramına istinadən verdiyi məlumata görə, bunu Tramp administrasiyası təklif edib. “Dəniz Azadlığı Quruluşu” adlandırılan təşəbbüs ABŞ səfirliklərinə göndərilən Dövlət Departamentinin daxili teleqramında ətraflı şəkildə təsvir olunub. Bu, ABŞ diplomatlarını xarici hökumətləri ittifaqa qoşulmağa çağırır.” – nəşr yazıb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya sırf dinc təşkilat kimi təqdim olunsa da, onun funksiyalarına kəşfiyyat məlumatlarının mübadiləsi və ABŞ sanksiyalarının tətbiqi də daxil olacaq. Nəşr bildirir ki, ABŞ Mərkəzi Komandanlığı onun təşkilatçılarından biri kimi təyin edilib və buna görə də diplomatlar ölkələrin rəhbərliyi ilə yeni ittifaqın “diplomatik və ya hərbi tərəfdaşları” olmağa hazır olub-olmadıqlarını müəyyən etməlidirlər.

//Samir Qurbanov, Editor.az