Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya gəmi karvanını vurubbackend

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya gəmi karvanını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 aprel gecəsi Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç boğazı yaxınlığında Rusiya gəmi və qayıqlarından ibarət karvanı vurub. 

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Sobol” patrul qayığı və “Qraçonok” əks-təxribat qayığı məhv edilib. İlkin məlumatlara görə, hücum nəticəsində Rusiya qüvvələri arasında itkilər var. Hərbiçilər əlavə ediblər ki, bu qayıqlar əsas sahil mühafizəsi bölmələridir. Onlar Kerç körpüsünü qorumaq və ərazidə təxribat təhdidlərinin qarşısını almaq üçün istifadə olunur.

“Bu, Ukrayna Hərbi Dəniz Qüvvələrinin effektiv işinin və Qara dənizdə düşmənin imkanlarının ardıcıl olaraq azaldılmasının daha bir nümunəsidir”, – deyə Hərbi Dəniz Qüvvələri vurğulayıb.

//Samir Qurbanov, Editor.az