Genişmiqyaslı hərbi əməliyyatlar başladı: rəsmən elan edildi – Təcilibackend

Genişmiqyaslı hərbi əməliyyatlar başladı: rəsmən elan edildi – Təcili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” kanalına danışıb.

Əl-Əliminin sözlərinə görə, Yəmən hakimiyyəti respublikanın suverenliyini və vətəndaşlarını qorumaq üçün əməliyyatlara start verib.

“Əməliyyatın məqsədi itirilmiş əraziləri husilərdən geri almaqdır. Bu gün respublikanın qalan ərazilərini qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edirəm”, – Əl-Əlimi Yəmən xalqına müraciətində bildirib.

Yəmən lideri bildirib ki, artıq hazırlıq mərhələsi yekunlaşıb və geri qayıtma mərhələsi başlayıb.