Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask şəxsən ABŞ prezidenti Donald Trampdan tariflərin tətbiqi qərarına yenidən baxılmasını istəyib. Lakin onun xahişləri nəticəsiz qalıb.
Editor.az bildirir ki, bu barədə “The Washington Post” (WP) mənbələrə istinadən yazır. Ötən həftə sonu cənab Mask özünün sosial media saytı X-də qiymət planlarının hazırlanmasında əsas rol oynamış Ağ Evin müşaviri Peter Navarronu tənqid edib. Elektrikli avtomobil istehsalçısı Tesla-nın baş direktoru Elon Mask uzun müddətdir ki, tariflərin əsas istehsal və istehlak mərkəzləri kimi ABŞ və Çinə arxalanan şirkətinə zərər verdiyinə inanır, – WP qeyd edir.
Qəzetin yazdığına görə, prezident seçkilərində Trampın namizədliyini dəstəkləyən bir çox iş adamı onun bu cür yüksək tariflər tətbiq etmək qərarına məəttəl qalıb. WP mənbələri bildiriblər ki, onlar həm də prezidentin siyasətinə daha çox təsir göstərə bilmədiklərinə görə eyni dərəcədə məyusdurlar.
//Samir Qurbanov, Editor.az