İrəvanda Ermənistan-Türkiyə komissiyasının iclası olubbackend

İrəvanda Ermənistan-Türkiyə komissiyasının iclası olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KİV-lərinin məlumatına görə, sərhəd çaylarının birgə istifadəsi üzrə Ermənistan-Türkiyə komissiyasının ilk iclası İrəvanda keçirilib. Diqqət Türkiyə ilə Ermənistan arasındakı sərhədin bir hissəsini təşkil edən Araz çayına yönəlib.

İki ölkənin hakimiyyət orqanlarının nümayəndələri görüşə sərhəddə başlayıblar, daha sonra müzakirələri İrəvan Su Komitəsinin binasında davam etdiriblər.
Tərəflər su sektorunda əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalayıblar və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Bir müddət əvvəl Türkiyə Ticarət Nazirliyi Ermənistanla birbaşa ticarət üçün hazırlıqların başa çatdığını açıqlamışdı.

//Samir Qurbanov, Editor.az