İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir, lakin…backend

İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyatları bərpa etməyi hədəfləyir. Lakin Təl-Əviv ABŞ prezidenti Donald Trampın güclü təzyiq və diplomatiya arasında dəyişən mövqeyindən narazıdır.

CNN İsrail hökumətindəki mənbələrə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ilə Tramp arasında çətin bir söhbət olub. İsrail rəhbərliyi Təl-Əvivin İranla məsələni güc yolu ilə həll etmək istəyini nəzərə alaraq Vaşinqtonun süründürməçiliyindən narahatlığını bildirib.

CNN-in məlumatına görə, İsrail Baş naziri Trampla söhbətin nəticəsindən məyus olub və mövcud hadisələrin Tehranın xeyrinə işlədiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az