NATO ABŞ olmadan yaşaya bilməz – Alyansın keçmiş baş katibi Yens Stoltenberqbackend

NATO ABŞ olmadan yaşaya bilməz – Alyansın keçmiş baş katibi Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə blokundan çıxsa, NATO mövcudluğunu dayandıracaq.

Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib. Alyansın keçmiş rəhbəri, hazırda Norveçin maliyyə naziri olan Stolnberqin fikrincə, Aİ ölkələrinin artan güclü rolu Vaşinqtonu əvəz etməyəcək. “Mən Aİ-yə böyük hörmət edirəm, amma düşünmürəm ki, o, kollektiv təhlükəsizlik və müdafiə zəmanətləri məsələlərində NATO-nu əvəz edə bilər”, – deyə Stoltenberq bildirib. Nazir qeyd edib ki, Avropa İkinci Dünya Müharibəsindən bəri ən çətin vəziyyətdədir və sadəcə ABŞ olmadan yaşaya bilməz. “Söhbət Avropa və ABŞ-ın bir yerdə durması və bütün təhdidlərlə üzləşməsi ilə bağlıdır. Buna görə də parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək çox vacibdir”, – deyə o bildirib.

Stoltenberq həmçinin NATO-nun gələcəyi ilə bağlı həddindən artıq spekulyasiyalardan çəkinməyə çağırıb ki, bu, təcavüzkar dövlət olan Rusiyanı ruhlandırmasın. “Moskvanın bir-birimizi müdafiə etməyə hazır olduğumuza şübhə etməsinə icazə verməməliyik”, – deyə keçmiş baş katib yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az