Şəmsabad kəndində faciəli hadisə baş verib. Hərbi xidmətdən məzuniyyətə gələn gənc əsgərin vəfat etdiyi bildirilib.
Milli.Az xəbər verir ki, məlumata görə, kənd sakini, 18 yaşlı Firudin Rəsulov xidmət etdiyi hərbi hissədən bir neçə günlük məzuniyyət götürərək ailəsini ziyarət etmək üçün doğma kəndinə gəlibmiş.
Lakin gəncin qəfil vəfat etməsi ailəsi və yaxınları arasında böyük üzüntüyə səbəb olub.
Hazırda onun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparıldığı bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.


