Küveyt təhlükəsizlik qüvvələri bu ölkənin səmasında vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin pilotunu tapıblar.
Oxu.Az xəbər verir ki, bununla bağlı İranın SNN telekanalı görüntülər yayıb.
Kadrlarda hüquq-mühafizə orqanlarının əməkdaşları pilotla ingilis dilində ünsiyyət qururlar.
Pilot raket zərbəsindən sonra katapult edərək, Küveytə eniş edib. O, avtomobilin baqajına yerləşdirilib.

