İran millisi Şimali Amerikada keçiriləcək Dünya Kubokunu buraxmaq riski ilə üzləşiblərbackend

İran millisi Şimali Amerikada keçiriləcək Dünya Kubokunu buraxmaq riski ilə üzləşiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac xəbərdarlıq edib ki, İran futbolçuları Şimali Amerikada keçiriləcək Dünya Kubokunu buraxmaq riski ilə üzləşiblər.

Onun sözlərinə görə, İran milli komandası həll olunmamış viza problemləri səbəbindən turnirə vəsiqə qazana bilməyəcək: hazırda komanda üzvlərindən heç biri viza almayıb.

Mehdi Tac bildirib ki, Tehran mövcud vəziyyətdən narahatdır. İran Futbol Federasiyasının rəhbəri yaxın günlərdə FİFA nümayəndələri ilə görüş keçiriləcəyini və bu görüş zamanı təşkilata müraciət edərək bu məsələlərin tez bir zamanda həll olunmasını təmin edəcəyini bildirib, çünki əks halda İran 2026-cı il Dünya Kubokuna ümumiyyətlə vəsiqə qazana bilməyəcək.

//Samir Qurbanov, Editor.az