İranın “qisas siyahısı” yayıldı: iki lider əsas hədəfdir – ADLAR/FOTObackend

İranın “qisas siyahısı” yayıldı: iki lider əsas hədəfdir – ADLAR/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranın “qisas siyahısı”nda öndə olan adlardır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hamshahri” qəzeti məlumat yayıb.

Qəzetdə yayımlanan illüstrasiyada Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, İtaliyanın Baş naziri Corciya Meloni, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də həbs geyimində təsvir olunublar.

Nəşrin iddiasına görə, bu şəxslər İranın ali dini lideri Əli Xameneinin ölümünə görə cavab verməlidirlər:

“Əli Xameneinin dəfnindən sonra İranın ali lideri Müctəba Xamenei yayımladığı ilk yazılı müraciətdə “qisasın xalqın iradəsi olduğunu və mütləq həyata keçiriləcəyini” bildirib.

O, həmçinin hədəfə alınacaq şəxslərin siyahısının hazırlandığını desə də, konkret ad açıqlamayıb.

Müraciətdə “siyahıya salınan şəxslərin öz yataqlarında sakit ölüm arzusunun reallaşmayacağı” ifadəsi də yer alıb”.

Qeyd edək ki, bir müddət əvvəl İran tərəfindən ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinin olacağına dair xəbərlər də yayılmışdı.

1920x1080 cmsv2 7db7a58a fa74 591a b2f6 8129fc8aa68f 9835197 900x506 1