Politoloq: “Ermənistanın Aİİ-yə etirazı Moskva üçün ciddi siqnaldır”backend

Politoloq: “Ermənistanın Aİİ-yə etirazı Moskva üçün ciddi siqnaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Paşinyanın Avrasiya İqtisadi İttifaqını açıq şəkildə tənqid etməsi Ermənistanın təşkilat daxilində artan narazılığının artıq siyasi bəyanatlar mərhələsinə keçdiyini göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, İrəvan hesab edir ki, Aİİ üzv dövlətlərin bərabərhüquqluluğu və qarşılıqlı iqtisadi maraqlar prinsipi əsasında deyil, daha çox Rusiyanın geosiyasi prioritetləri çərçivəsində fəaliyyət göstərir:

“Paşinyanın ittifaqın fundamental prinsiplərinin pozulduğunu vurğulaması, əslində, Ermənistanın iqtisadi təhlükəsizliyi və qərarvermə mexanizmlərində suverenliyinin məhdudlaşdırıldığına dair narazılığın ifadəsidir. Çünki Ermənistanın xarici ticarətinin, enerji təminatının və logistika imkanlarının mühüm hissəsi hələ də Rusiya ilə bağlıdır.

Belə şəraitdə Aİİ-nin tənqidi təkcə siyasi jest deyil, həm də iqtisadi riskləri artıran mesaj kimi qiymətləndirə bilərik.

Digər tərəfdən, İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək cəhdləri və iqtisadi diversifikasiya siyasəti Moskvanın bölgədəki təsir imkanlarının zəifləməsi fonunda yeni geosiyasi reallıq formalaşdırır.

Bütün bunlar Ermənistanın xarici siyasət kursunun dönüş nöqtəsinə yaxınlaşdığı barədə müzakirələri daha da aktuallaşdırır. Paşinyanın sərt bəyanatları Aİİ daxilində yeni siyasi-iqtisadi böhranın başlanğıcı olacaq, yoxsa bu, sadəcə Moskva ilə münasibətlərdə növbəti təzyiq aləti kimi istifadə olunur.

Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərində etimad böhranının daha da dərinləşməsi Cənubi Qafqazın iqtisadi və geosiyasi balansına təsir riçaqları gormalaşdıra bilər ki, bu da ümumilikdə ermənistanın xeyrinə olmayacaq”.

//Gülnarə Abasova, Editor.az