İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI – FOTObackend

İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Editor.az  Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib.

Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, Yusif Faiq oğlu Hacıyev 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI - FOTO