“Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib.
Dövlətimizin başçısı qeyd edib:
“Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik”.

