“Mamelodi Sandauns” və Cənubi Afrika Respublikası (CAR) millisinin yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.
Futbolçunun ölüm səbəbləri açıqlanmayıb.
C.Adams hazırda davam edən DÇ-2026-da CAR millisinin heyətində çıxış edib. O, qrup mərhələsində hər üç oyunun iştirakçısı olub, 1/16 finalda Kanadaya qarşı matçda (0:1) isə meydana çıxmayıb.
Adams millinin heyətində ümumilikdə 9 görüş keçirib və 1 qol vurub. O, “Stellenbos” klubunun yetirməsidir, “Mamelodi Sandauns”a 2025-ci ildə keçib. 2025/2026 mövsümündə komandasının tərkibində Afrika Çempionlar Liqasının qalibi olub. (Report)

