Ötən gecə Ukrayna Rusiya ərazisində, həmçinin Azov dənizində bir sıra mühüm obyektlərə zərbə endirib.
Zərbə hədəflərindən biri Samara əyalətində yerləşən Sızran neft emalı zavodu olub. Zavodda güclü yanğın başlayıb. Onun illik emal gücü 8,5 milyon ton həcmindədir.
Rostov vilayətində dron hücumu nəticəsində Azov-Qara dəniz kanalına daxil olan tankerə zərər dəyib. Tankerin boş olduğu, dənizə hər hansı yanacaq axıntısının qeydə alınmadığı bildirilir.
Bundan əlavə, Taqanroq, Kamensk-Şaxtinski və Rostov vilayətinin dörd rayonuna gecə ərzində zərbələr endirilib.
Musavat.com

