Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbi ilə xəsarət alan 28 nəfər – 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-si saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından onlar ambulator müalicə üçün evə buraxılıblar.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfər isə (9 kişi, 4 qadın, 1-i azyaşlı) hazırda instrumental diaqnostik müayinələrə cəlb olunub.
xxx
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.
Editor.az APA-ya istinadən bildirir ki, iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır. Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.
Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.


