Oman Hörmüz boğazında gəmiçiliyin hər birinin öz idarəetmə sistemi olan iki marşrut üzrə təşkilini təklif edib.
Məlumatı CNN mənbələrə istinadən yayıb. Bildirilir ki, təklif hələ yekunlaşdırılmayıb. Hər iki dəhlizin gəmilər üçün açıq olacağı gözlənilir.
Omanın ərazi sularından keçən cənub dəhlizi müharibədən əvvəlki şərtlər altında fəaliyyət göstərəcək və gəmilərin sərbəst şəkildə üzməsinə imkan verəcək. İran tərəfdə olan imal dəhlizi vasitəsilə Hörmüz boğazından keçən gəmilərdən əvvəlcədən İrandan icazə almaları tələb olunacaq və onlardan yol haqqı tutulmayacaq.
Daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlardan sonra Omanın Xarici İşlər Nazirliyi tərəflərin Hörmüz boğazında təhlükəsizliyin və naviqasiya azadlığının təmin edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldiyini açıqlayıb.
Qeyd edək ki, İran gəmilərin hamısının ondan icazə almaqla Hörmüzdən keçməsini tələb edir. Oman tərəfdən keçən gəmilərə hücum edilir. ABŞ-ın İranla atəşkəsi pozmasının əsas səbəbi budur.
Musavat.com

