“İslam torpağını xilas edən prezidentə şər atırlar” – Cəfəri liderindən Azərbaycanı hədəf alanlara SƏRT CAVAB – VİDEObackend

“İslam torpağını xilas edən prezidentə şər atırlar” – Cəfəri liderindən Azərbaycanı hədəf alanlara SƏRT CAVAB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə son günlər məktəblərdə geyim qaydaları və İsraillə münasibətlər bəhanə edilərək müəyyən dairələr tərəfindən hədəf alınmaqda davam edir.

Musavat.com xəbər verir ki, Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz qatıldığı televiziya proqramında məsələyə münasibət bildirərək, Azərbaycan dövlət başçısına qarşı səsləndirilən ittihamlara kəskin cavab verib.

S.Özgündüz İlham Əliyevin işğal altındakı torpaqları azad etdiyini və dini-mənəvi dəyərlərə sahib çıxdığını xüsusi vurğulayıb:

“İslam torpaqlarını xilas edən, məscidləri yenidən bərpa edib abadlaşdıran bir insandan bəhs edirik. Sən kimsən, nəsən, nəyə yaramısan? Cihad etmək istəyirsənsə, buyur, Fələstin orada, cəbhə oradadır!”

İsraillə ticarət və diplomatik əlaqələrə görə edilən tənqidlərə də toxunan Cəfəri lideri İslam tarixindən nümunə çəkərək ittihamların əsassız olduğunu bildirib:

“İmam Əliyə və ticarətə söz edənlər… İmam Əli yəhudinin bağını sulayıb, zəhmət çəkib oradan aldığı zəhməthaqqı ilə övladlarına ruzi qazanmırdımı? Həzrəti Fatimə zəhmət çəkib, evdə işləyib qazandığı haqqı Həsənə, Hüseynə ruzi etmirdimi? Bunu mənə bir izah edin görüm!

Oturduğunuz yerdən hökm verməyin. Münasibətləri qərəzli şəkildə yozmağa çalışırsınız. Azərbaycan İsrailin Fələstində hansısa torpağı zəbt etməsinə dəstəkmi verdi? Kimin kimdən istifadə etdiyi ortadadır”.